Beynəlxalq Enerji Agentliyi "OPEK+"dakı fikir ayrılıqları ilə bağlı xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/dünya-i379047-beynəlxalq_enerji_agentliyi_opek_dakı_fikir_ayrılıqları_ilə_bağlı_xəbərdarlıq_edib
Beynəlxalq Enerji Agentliyi "OPEK+"a üzv ölkələr arasındakı fikir ayrılıqlarını enerji bazarı üçün təhdid kimi xarakterizə edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 14, 2021 10:25 Asia/Baku
  • Beynəlxalq Enerji Agentliyi

Beynəlxalq Enerji Agentliyi "OPEK+"a üzv ölkələr arasındakı fikir ayrılıqlarını enerji bazarı üçün təhdid kimi xarakterizə edib.

SəhərAzəri-nin məlumatına əsasən, Beynəlxalq Enerji Agentliyi "OPEK+"da əsas neft istehsalçıları arasında fikir ayrılıqlarının davam etməsinin qiymət müharibəsinə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

"Yanacağın bahalaşması orta inflyasiyanı yüksəldə bilər və bu da qlobal iqtisadiyyatın dirçəldilməsi səylərinə zərər verə bilər", - deyə Beynəlxalq Enerji Agentliyi qeyd edib.

Beynəlxalq qurum vurğulayıb: "OPEC+" da fikir ayrılıqları, bu ay hasilatın hazırkı səviyyədə qalacağı deməkdir ki, belə olan halda tələbatın artması ilə təklif keçən ilin eyni dövrü ilə müqayisədə azalacaq".