İyul 18, 2021 13:44 Asia/Baku
  • Almaniya
    Almaniya

Almaniyanın cənub-qərbində kiçik bir təyyarənin süqut etməsi nəticəsində bir qrup insan həlak olub.

SəhərAzəri-nin məlumatına əsasən, Təyyarə “Piper Aircraft” tipindən olub. Hadisə Baden-Vürtemberq əyalətinin Ştaynenbron şəhərinin ətrafındakı meşə sahəsində baş verib.

Təyyarə dünən səhər Almaniyanın Ştutqart hava limanından havaya qalxmışdı.

Təyyarənin qalıqlarını və cəsədləri çıxarmaq üçün yardım və xilasetmə qrupu hadisə yerinə gedib.

Hadisənin səbəbi və ölənlərin dəqiq sayı indiyədək müəyyən edilməyib.

 

Teqlər