Avropada iqlim durumunun qeyri-stabilliyi davam edir
Almaniya xüsusiyyət təşkil etməklə bir neçə Avropa ölkəsindəki ölümcül sellər olduqca ağır maddi xəsarətə və insan tələfatına səbəb olub.
SəhərAzəri-nin məlumatına əsasən, Almaniya mediaları bildiriblər ki, ötən günlərdəki sel nəticəsində indiyədək bu ölkənin, xüsusən Şimali Reyn-Vestfaliya və Reynland-Pfalts əyalətləri kimi iki qərb əyalətində 165 nəfər həyatını itirib və yüzlərlə itkinin xilas edilməsi üzrə səylər davam edir.
Almaniyanın maliyyə naziri Ulaf Şultz seldən zərər çəkmiş əyalətlər üçün fövqəladə yardım kimi üç yüz milyon avro vəsait ayırıb. Milyardlarla avro da dağıllmış körpülər, küçə və prospektlər və evlərin bərpası və ya inşası üçün nəzərdə tutulub.
Avropa Komissiyası da son güclü sellərdən ziyan çəkmiş ölkələrə öz maliyyə dəstəyindən xəbər verib.
Hələ maddi xəsarətlərin dəqiq miqdarı barədə məlumat yoxdur, amma seldən zərərçəkənlərin sözlərinə görə, xəsarətlərin həcminə əsasən, bəlkə də Almaniyada baş vermiş son seldən öncəki dövrə qayıtmaq üçün azı on ilə ehtiyac olmuş olsun.
Almaniyanın qərbində yerləşən seldən ziyan çəkmiş Reynland-Pfalts əyalətinin baş naziri Mariya Luis Dreyer də deyibdir ki, qısa bir zamanda güclü leysan yağışlarrı kiçik çaylarda yüksək təzyiqli suyu cərəyana gətirdi ki, bu da körpülərin sınmasına, suyun arxlar və çayların yataqlarından hərəkət etməsinə səbəb oldu. Belə bir halda, bölgəgəki su bəndlərinin arxasındakı su da bu bəndlərin sınmasının qarşısını almaq və ağır su təzyiqinə görə, buraxılmalı idi.
Almaniya rəsmilərinin sözlərinə görə, son sel ötən yarım əsrdə bu ölkədə baş verən ən pis təbii fəlakətdir.