İyul 25, 2021 13:29 Asia/Baku
  • meşə yanğını
    meşə yanğını

Amerikanın qərbində meşə yanğını Nyu-Yorkda hava çirklənməsinə səbə olub.

SəhərAzəri-nin məlumatına əsasən, On bir ABŞ ştatının meşələrindəki geniş yanğın yaşayış bölgələrindəki iqlim durumunu son dərəcə təsir altına alıb və bu vəziyyət davam etməkdədir.

Bu meşə yanğınının yayılması son günlərdə Amerika meşələrindən bir milyon üç yüz min hektardan çox ərazini məhv edərək, Nyu-York kimi bölgələrdə kəskin hava çirklənməsinin baş verməsinə səbəb olubdur.

Maraqlı burasıdır ki, Amerikadakı son meşə yanğınları mərkəzinin Kaliforniya da daxil olmaqla ABŞ-ın qərb ştatlarında olduğu bir halda, bu ölkənin şərqində yerləşən Nyu-York belə bir hava durumuna dücar olubdur.

Hidrometeorologiya təşkilatının ekspertləri bu hava çirklənməsinin xüsusən kövrək qruplar, o sıradan yaşlılar, uşaqlar, və narahatlıq və xəstəliyə, xüsusən ürək-damar və ağ ciyər xəstəliklərinə düçar olan şəxslər üçün ölümcül təsirləri barədə xəbərdarlıq edibdlər.

 

Teqlər