Parisdə anti-hökumət aksiyası
İyul 25, 2021 14:16 Asia/Baku
Fransa hökumətinin korona layihəsinə qarşı çıxanlar Parisdə aksiya keçiriblər.
SəhərAzəri-nin məlumatına əsasən, Fransa vətəndaşları Paris küçələrində keçirdikləri nümayişdə bu ölkə hökumətinin koronavirusla mübarizə layihəsilə öz müxalifətlərini elan ediblər. Aksiya polisin müdaxiləsilə zorakılığa gətirib çıxarıb.
Fransanın polis qüvvələri sabahdan icra olunacaq bu layihəyə qarşı çıxanlarla toqquşublar. Onlar nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.
Fransa prezidenti vaksinasiyanı həyata keçirməsi üçün müalicə və yardım kadrına sentyabrın on beşinədək möhlət verib və xəbərdarlıq edibdir ki, həmin tarixdən sonra bir nəzarət və hətta cəza sistemi mövcud olacaqdır.