İyul 25, 2021 14:46 Asia/Baku
  • Rusiya
    Rusiya

Sankt-Peterburq limanında Rusiyanın iri dəniz paradı başlanıb. Paradda İran İslam Respublikası Ordusunun strateji dəniz qüvvələrinin 75-ci eskadrası iştirak edir.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiyanın iri dəniz paradı Rusiya dəniz donanmasının yaradılmasının 325-ci ildönümü münasibəti və Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə və İran İslam Respublikası da daxil olmaqla dünyanın iyirmidən çox ölkəsinin yüksək rütbəli nümayəndə heyətlərinin iştirakı ilə Sankt-Peterburq limanında və Finlandiya körfəzində başlanıb.

İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının komandanı kontr-admiral Hüseyn Xanzadi, İranın Rusiyadakı səfiri Kazım Cəlali, İranın dəniz qüvvələrinin müavinlərindən bir qrupu və İran heyətinin üzvləri parad mərasimində iştirak edirlər.

İran İslam Respublikası Ordusunun strateji dəniz qüvvələrinin 75-ci eskadrasından olan «Səhənd» hərbi gəmisi və «Məkran» gəmi-limanı da on dörd min dəniz milini qət etdikdən, həmçinin Atlantik okeanından və strateji bölgələrdən keçdikdən sonra Finlandiya körfəzində bu dəniz paradına qatılıblar.

Bu dəniz paradında Rusiya, İran, Hindistan və Pakistandan olan dörd mindən çox peşəkar komando, fəaliyyət göstərən bölmələr kimi Sankt-Peterburq dəniz paradında iştirak edirlər.

Bu dəniz qüdrəti nümayişinin əsas mesajı, son aylar Rusiya sərhədlərində öz təhrikedici hərəkət və fəaliyyətlərini gücləndirmiş Amerika və NATO-ya xəbərdarlıq olacaq.

Rusiya, İran, Hindistan və Pakistanın gəmi bölmələrindən əlavə, Braziliya, Argentina, Venesuela, Çin, Namibiya, Kipr, Misir, Qətər, Bəhreyn, Seneqal və Banqladeş dəniz qüvvələrinin komandanları və hərbi heyətləri bu mərasimdə iştirak edirlər.

 

Teqlər