İyul 25, 2021 18:06 Asia/Baku
  • Putin
    Putin

Rusiya prezidenti bu ölkənin dəniz qüvvələrinin paradında vurğulayıb ki, Moskva daimi və uğurlu şəkildə öz dəniz silah və təchizatlarını inkişaf etdiribdir.

SəhərAzəri-nin məlumatına əsasən, Vladimir Putin Sankt-Peterburqda bildirib ki, Moskva hər bir düşməni müəyyən edib, lazım gələrsə, ona qarşı qaçılmaz bir hücum həyata keçirməyə qadirdir.

Rusiya prezidenti sonra deyib ki, Rusiya mümkün olan ən qısa zamanda qabaqcıl dəniz gücləri arasında dəyərli yer əldə edib və öz nailiyyətlərini kiçik bir qayıqdan okean gəmisinə, kruz raketləri olan sualtı qayığa və atomla təchiz olunmuş hərbi gəmilərədək yüksəldibdir.

 

Teqlər