İyul 25, 2021 18:15 Asia/Baku
  • İran Rusiya
    İran Rusiya

İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının komandanı kontr-admiral Hüseyn Xanzadi deyib ki, Rusiyanın dəniz paradında iştirak edən dəniz qüvvələri arasında ən güclü iştirak, İran İslam Respublikasına aiddir.

SəhərAzəri-nin məlumatına əsasən, Kontr-admiral Hüseyn Xanzadi bildirib ki, qüdrət və bacarığa malik olan və okeanları keçə bilən ölkələr Rusiyanın dəniz paradında iştirak edirlər.

O bildirib ki, hərbi əməkdaşlıqlar bu səviyyə çatarkən xas bir məna kəsb edir, zira sıralamaları müəyyən edir.

İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının komandanı vurğulayıb ki, bu qoşunların həmin iri paradda iştirakı İran ilə Rusiya arasındakı dəniz əlaqələrinin dərinliyini göstərir.

 

Teqlər