İran-Rusiya dəniz həmkarlıqlarının genişləndirilməsinə təkid
İran İslam Respublikası Ordusunun Dəniz Qoşunları komandanının rus həmkarı ilə görüşündə tərəflər iki ölkənin dəniz həmkarlıqlarının genişlənməsinə təkid ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikası Ordusunun Dəniz Qoşunları komandanı kontr-admiral Hüseyn Xanzadi və Rusiya Ordusunun Dəniz Qoşunları komandanı admiral Nikolay Yevmenov görüşüb və dəniz həmkarlıqlarının genişləndirilməsi yollarını araşdırıblar.
Müştərək təhdidlərlə mübarizədə iki ölkənin daha artıq əməkdaşlıq etməsi, iki ölkənin dəniz donanmalarının dünyanın strateji bölgələrindəki iştirakının artırılması, birgə dəniz təlimlərinin keçirilməsi, müdafiə və təhlükəsizlik münasibətlərinin hərtərəfli surətdə gücləndirilməsi istiqamətində birgə addımların atılması vacibliyi İran və Rusiya dəniz qoşunları komandalarının məşvərət mehvəri olubdur.
İran İslam Respublikasının Rusiyadakı səfiri Kazım Cəlali, İranın hərbi attaşesi və ordunun dəniz qüvvələrinin strateji və təlim üzrə müavinləri bu görüşdə kontr-admiral Xanzadini müşayiət ediblər.
İran İslam Respublikası Ordusunun Strateji Dəniz Qüvvələrinin 77-ci eskadrası Rusiya dəniz donanmasının yaradılmasının 325-ci ildönümü münasibətilə keçirilən bu ölkənin iri dəniz paradında iştirak edib.
Bu parad İran İslam Respublikası da daxil olmaqla dünyanın 20-dən çox ölkəsinin yüksək səviyyəli hərbi heyətlərinin iştirakı ilə Sankt-Peterburq limanında və Finlandiya körfəzində keçirilib.