Bayden: Rusiyanın təkcə nüvə silahı və nefti var
Kreml iyulun 28-də bildirib ki. ABŞ prezidenti Co Baydenin Rusiyanın təkcə nüvə silahı və neftə malik olmasına dair sözləri diqqətəlayiqdir, amma bu, onun bu ölkə barədəki məlumat çatışmazlığından xəbər verir.
Kreml vurğulayıb ki, Bayden Rusiya barədəki təhlilində ümumiyyətlə səhvə yol veribdir.
Bayden bu sözləri çərşənbə axşamı günü bir çıxışda söyləyib və xəbərdarlıq edibdir ki, əgər Birləşmiş Ştatlar «böyük bir güc» ilə «əsl bir savaş»a girərsə, onun dəlili, həmin ölkənin kiber hücumu ola bilər.
Bayden belə bir məsələ ilə fəxr edibdir ki, Birləşmiş Ştatların kəşfiyyat xidmətləri öz rus həmkarlarından üstündürlər. O deyib ki, Putinin əsaslı bir problemi var.
«O, yalnız nüvə silahı ilə neft quyusuna malik olan və heç bir digər şeyə malik olmayan bir ölkənin iqtisadiyyatının başında durur. Onların iqtisadiyyatı hardadır?- dünyanın ən kiçik iqtisadiyyatları arasında səkkizincidir»-deyə Bayden bildirib və dərhal «ən kiçik» kəlməsini «ən iri» sözünə dəyişibdir- dünyanın ən iri iqtisadiyyatları arasında.
«Putin bilir ki, hansı problemlərlə əlbəyaxadır və elə bu məsələ mənim nöqteyi-nəzərimcə, onu daha təhlükəli edir»- deyə Bayden vurğulayıb.
KREML BAYDENİN RUSİYA BARƏDƏ YANILDIĞINI BİLDİRİB