İyul 30, 2021 14:22 Asia/Baku
  • Bayden Belarus müxalifətinin lideri ilə görüşüb

ABŞ prezidenti Ağ Ev-də Belarus müxalifətinin lideri ilə görüşüb.

SəhərAzəri-nin məlumatına əsasən, Co Bayden bir tvittdə belə yazıb: Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ilə Ağ Ev-də görüşdüyümə görə, böyük qürur hissi keçirirəm. Amerika beynəlxalq insan haqları və demokratiya üzrə səyində Belarus xalqının yanındadır.

Tixanovskaya da sözdə, «öz azadlığı uğrunda dinc formada mübarizə aparan qorxmaz Belarus xalqından milyonlarla nəfərlə güclü həmrəyliyi»nə görə, Baydenə minnətdarlıq edib.

O, bir tvitter mesajında belə yazıb: Belarus bu gün demokratiya ilə istibdad arasındakı mübarizənin ön xəttindədir. Dünya bizimlədir. Belarus uğurlu bir hekayətə çevriləcək.

Teqlər