Avq 05, 2021 15:36 Asia/Baku
  • AB hidrometeorologiya idarəsindən xəbərdarlıq

Avropanın cənubundakı yanğınların miqyasının genişlənməsinin ardınca Albaniya və Kosovo da bu böhrana düçar olublar. Bu hadisələrdə iki nəfər ölüb.

SəhərAzəri-nin məlumatına əsasən, kəskin istilər və quraqlığa görə, Albaniya və Kosovonun bəzi bölgələri də yanğınlara məruz qalıblar. Məsul orqanlar bu yanğınlarda iki nəfərin ölümündən xəbər veriblər.

Albaniyanın cənubundakı meşə yanğınlarının söndüyü bir halda, bu ölkənin şimalında- Adriatik yarımadasında yeni yanğınlar baş veribdir.

Kosovoda da geniş yanğınlar formalaşıb. Polisin bildirdiyinə görə, Kosovonun mərkəzində öz yanan anbarını xilas etməyə çalışan bir kişi nəfəs çatışmazlığından həyatını itirib.

Albaniya bildirib ki, Niderland bu ölkəyə yanğınsöndürən vertolyot göndərəcəyini vəd edib.

Avropa Birliyinin hidrometeorologiya idarəsi dünən Aralıq dənizindəki isti hava dalğası, yanğınların genişlənməsi ehtimalı və bölgənin havasındakı tüstüdən irəli gələn zəhərlənmə barədə xəbərdarlıq edib.

Bu idarənin xəbərdarlığına əsasən, bölgədəki yüksək hərarətə və quraqlığa görə, meşələrdə yanğının baş verməsi təhlükəsi artıb, hərçənd havanın yüksək temperaturu təklikdə bu hadisələrin amili ola bilməz və yanğın ilkin alışmadan asılıdır.

Alimlər deyirlər ki, insan fəaliyyətlərindən mənşə alan iqlim dəyişikliklərinin təsiri altında, isti hava dalğaları daha kəskin və daha ardıcıl olubdur.

Teqlər