Avq 07, 2021 17:10 Asia/Baku
  • 11 Sentyabr hadisəsi qurbanlarının ailələri Baydenin anım mərasiminə qatılması üçün şərt irəli sürdülər

11 Sentyabr hadisəsi qurbanlarının ailələri, ABŞ prezidenti Co Baydenin, Səudiyyə liderlərinin hadisədə əllərinin olduğunu sübut edən sənədləri təqdim etməyincə, anım mərasimində iştirakına qarşı olduqlarını bildiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, 11 sentyabr hücumlarının 20-ci ildönümü yaxınlaşdıqca bu hadisə qurbanlarının ailələri bir məktub ünvanlayaraq, Co Baydeni, sənədlər nəşr edilmədiyi təqdirdə, bu ilki anım mərasiminə qatılmamağa çağırıblar. 

Məktubda deyilir: "20 il sonra "milli təhlükəsizlik" və ya başqa bu kimi əsassız iddialarla məlumatları gizli saxlamaq üçün heç bir səbəb yoxdur".

Məktubun müəllifləri yazıblar ki, əgər prezident Bayden öhdəliklərini pozarsa və Səudiyyə hökuməti ilə həmrəy olarsa, biz açıq şəkildə onun administrasiyasının 11 sentyabr hadisələrinin anım mərasimində iştirakına qarşı etiraz etməyə məcbur qalacağıq".

Məktubu min 700 nəfər imzalayıblar; Hansı ki, bu hücumlardan birbaşa təsirləniblər. 

Ağ Evin sözçüsü Jen Psaki, Ağ Ev rəsmilərinin qurbanların ailələri ilə bir neçə görüş keçirdiyini açıqlayıb.

Teqlər