Makron dövlətə etiraz edənləri təhqir edib
Avq 08, 2021 20:44 Asia/Baku
Fransa prezidenti dövlətin korona qanunlarna etiraz edənləri təhqiramiz şəkildə tənqid edərək, vurğulayıb ki, onlara təslim olmayacaq.
SəhərAzəri-nin məlumatına əsasən, Emmanuel Makron «Paris Maç» jurnalı ilə müsahibədə belə deyib: Mən heç bir vəchlə etirazçıların ifratçı zorakılıqlarına təslim olmayacağam. Onların baxışı, demokratiya üçün bir təhdiddir.
Makron sonra etirazçıları ağılsız adlandırıb və bildirib: On minlərlə nəfər ağlını elə itiribdir ki, «biz diktaturada yaşayırıq» deyə bilərlər.