Avq 09, 2021 15:00 Asia/Baku
  • Moskva:

Rusiyanın Berlindəki səfiri "Şimal Axını-2" qaz boru kəməri layihəsinin son mərhələdə olduğunu və tezliklə açılacağını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiyanın Berlindəki səfiri Sergey Neçayev bazar ertəsi günü deyib: "Şimal Axını-2" layihəsi son mərhələdədir və ABŞ -ın müxalifəti onun inşasına və tamamlanma tarixinə təsir etməyəcək".

Neçayev ABŞ və Almaniyanın son müzakirələrinə və bu iki ölkənin "Şimal Axını-2" layihəsi ilə bağlı razılaşmasına toxunaraq, deyib: "Bu rəsmi bir razılaşma deyil və təkcə qeyri-məcburi bir bəyanatdır və onda iştirak etməyən Rusiya üçün xüsusi bir anlamı yoxdur".

Almaniya və ABŞ iyul ayında, Vaşinqtonun əlavə sanksiyaları olmadan Rusiya qazını Avropaya nəql edən boru kəmərinin tamamlanmasına imkan verən razılaşma əldə ediblər.

Bununla belə, razılaşmada, hər iki ölkə Rusiyanın bu qaz kəmərindən Avropaya qarşı siyasi bir sialh kimi istifadə etməsinə mane olmaq barədə öhdəlik qəbul ediblər.

Rusiya dəfələrlə bildirib ki, heç zaman enerji resusrlarından siyasi təzyiq mexanizmi kimi istifadə etməyəcək.

Teqlər