Hindistanın nəzarətində olan Kəşmir bölgəsində həbslər dalğası
https://azeri.sahartv.ir/news/dünya-i379892-hindistanın_nəzarətində_olan_kəşmir_bölgəsində_həbslər_dalğası
Hindistanın təhlüksəizlik qüvvələri, Kəşmirin bu ölkənin nəzarətində olan hissəsində İslam Cəmiyyətı partiyasının üzvlərindən onlarla nəfəri həbs ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 09, 2021 12:51 Asia/Baku
  • Hindistanın nəzarətində olan Kəşmir bölgəsində həbslər dalğası

Hindistanın təhlüksəizlik qüvvələri, Kəşmirin bu ölkənin nəzarətində olan hissəsində İslam Cəmiyyətı partiyasının üzvlərindən onlarla nəfəri həbs ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Hindistanın Milli İstintaq Agentliyi İslam Cəmiyyəti üzvlərinin Kəşmirin Hindistanın nəzarətində olan 50 bölgəsində tutulduğunu bildirib.

Hindistan hökuməti iki il əvvəldən İslam Cəmiyyəti partiyasının fəaliyyətini qadağan edib.

Hindistanın nəzarətində olan Kəşmirin İslam Cəmiyyəti partiyası bu bölgə xalqının hüquqlarını təmin etmək üçün Yeni Dehliyə qarşı mübarizə aparır. 

Kəşmir xalqı BMT Təhlükəsizlik Şurasının bölgənin statusunu müəyyən etmək üçün referenduma çağıran qətnaməsinin icrasını istəyir, lakin Hindistan hökuməti onun icrasına qarşı çıxır.