Amerikalı qəsbkarlar Suriyanın neftini oğurlamaqda davam edirlər
Avq 10, 2021 13:35 Asia/Baku
Terrorçu amerikan hərbçilər bir daha Suriya neftini oğurlayıblar.
SəhərAzəri-nin məlumatına əsasən, terrorçu amerikalı hərbçilər səksən ədəd tanker və yük maşını ilə qanunsuz Əlvəlid keçidi vasitəsilə Suriya neftini İraqın şimalına köçürüblər.
Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova son zamanlar bildirib ki, Amerika qanunsuz şəkildə Suriyanın şimal-şərqində yerləşən neft yataqlarından ayda otuz milyon dollardan çox neft çıxarır.
Amerika hərbçiləri və onların tabeliyində olan terrorçu ünsürlər uzun müddətdir, qanunsuz surətdə Suriyanın şimalı və şərqində iştirak edirlər. Onlar bu ölkənin neft ehtiyatlarını və buğdasını qarət etməkdən əlavə, Suriyanın xalqına və hərbi qüvvələrinə qarşı hərəkətlər edirlər.