Avq 10, 2021 13:38 Asia/Baku
  • Lukaşenko Rusiya ilə koalisiyanın yaradılmasını istəyib

Belarus prezidenti bu ölkənin suverenliyi və istiqlaliyyətinin qorunması ilə yanaşı, Rusiya ilə koalisiyanın yaradılmasını istəyib.

SəhərAzəri-nin məlumatına əsasən, Aleksandr Lukaşenko jurnalistlərlə görüşdə belə deyib: Biz koalisya barədə danışarkən aydın şəkildə dərk etməliyik ki, bu, suverenliyi və istiqlaliyyəti itirmədən koalisiya yaratmaq deməkdir.

«Ərazi bütövlüyü və iqtisadiyyatın inkişafından söhbət gedərkən bəzi strukturlarda birləşməyə və hər hansı bir orqanı ələ almağa ehtiyac yoxdur. Hər hansı dövlətlərarası birlik, iqtisadi məsələlər də daxil olmaqla bərabərlik əsasında olmalıdır»- deyə Lukaşenko bildirib.

Rusiya prezidenti Vladimir Putin bundan əvvəl Lukaşenkonun Qərbin təhdidi və Belarusun daxili işlərinə qarışması barədəki sözlərinə cavabda demişdi ki, iki ölkə arasındakı əhatəli hərbi müqaviləyə əsasən, Moskva lazım gələn və xarici təzyiqin artacağı təqdirdə, bu ölkəyə hərbi qüvvə göndərməyə hazırdır.

Son illər NATO ölkələri Belarusla qonşu ölkələrin infrastrukturları və hərbi təchizatlarının təchiz edilməsi və modernləşdirilməsinə xüsusi diqqət yetirirlər. Eyni zamanda, onlar daha artıq qüvvələr yerləşdirmək məqsədilə hərbi mərkəzləri genişləndirməyə səy göstərirlər.

Teqlər