Avq 16, 2021 13:04 Asia/Baku
  • Əfqanıstandan qaçmış prezidentin yeri bəlli deyil

Tacikistan xarici işlər nazirliyi bildirib ki, Əfqanıstanın ölkədən qaçmış prezidenti Əşrəf Qənini aparan təyyarə əsla bu ölkənin hava məkanına daxil olmayıb və Tacikistan ərazisində eniş etməyibdir.

 SəhərAzəri-nin məlumatına əsasən, Tacikistan xarici işlər nazirliyi bir bəyanatda bu xəbəri verərək, qeyd edib ki, bu barədə Əfqanıstan tərəfindən də bir xahiş almayıbdır.

Dünən «Nyu-York Tayms» Dohada əfqanlararası müzakirələrdə Əfqanıstan hökumətinin nümayəndə heyətinin naməlum üzvlərindən birinə istinadla xəbər vermişdi ki, Qəni həyat yoldaşı və iki müşaviri ilə yanaşı, Kabildən Daşkəndə yola düşüb. Əşrəf Qəninin cangüdəni sonradan bu xəbəri təsdiq edib.

Bununla belə, Əfqanıstanın Özbəkistandakı səfirliyinin sözçüsü belə deyib: Biz bu məlumatları təsdiq edə bilmərik, zira belə bir informasiyamız yoxdur.

Həmçinin Qazaxıstan xarici işlər nazirliyinin sözçüsü Aybek Smadiyarov da məsələyə münasibət bildirib: Əfqanıstanda bundan artıq zorakılıqların qarşısını almaq üçün hakimiyyətdən kənara çəkildiyi deyilən Əşrəf Qəni Qazaxıstanda deyil.

Teqlər