ABŞ və 63 ölkənin bəyanatı
Əfqanıstandan təhlükəsiz çıxış
Amerika başda olmaqla 64 ölkə bir bəyanatda Əfqanıstandakı güc sahiblərindən istəyibdir ki, onların vətəndaşlarının bu ölkədən «təhlükəsiz və müntəzəm çıxışı»nı təmin etsinlər.
SəhərAzəri-nin məlumatına əsasən, Amerika və Avropa Birliyinin rəhbərliyi altında 64 ölkə müştərək bir bəyanatda Əfqanıstandakı güc sahiblərinə xitabən belə qeyd edib: Ağır təhlükəsizlik vəziyyətinə əsasən, biz bütün tərəflərdən, Əfqanıstandan çıxmaq istəyən əfqanların və xarici vətəndaşların «təhlükəsiz və müntəzəm çıxışı»nın asanlaşdırılmasını istəyir və onun təmin edilməsinə səy göstərməkdəyik.
Bəyanatda deyilir: Bütün Əfqanıstan boyu güc sahibi və hakimiyyətdə olan şəxslər insanların həyatları və maliyyələrinin qorunması, həmçinin ictimai nizam-intizam və təhlükəsizliyin dərhal bərpa edilməsində məsuliyyət daşıyır və cavabdeh olmalıdırlar.
Bu bəyanatın verilməsinin fonunda qeyd edək ki, Əfqanıstan ötən sutka ərzində bu ölkənin prezidenti Əşrəf Qəninin naməlum istiqamətə qaçması və Taliban-ın, prezident sarayına yiyələnməsinin şahidi olubdur.