Taliban əfqan xalqına zəmanət verib
-
Talbian-ın sözçüsü
Taliban qrupu Əfqanıstanda qadın müəllimələr və qız məktəblilərin işlərinin davam etməsi və xalqın həyatı və əmlakının təmin ediləcəyinə zəmanət verib.
SəhərAzəri-nin məlumatına əsasən, Talbian-ın sözçüsü qeyd edib ki, bu qrup Əfqanıstan vətəndaşlarının həyatı, abrı və əmlakını heç bir təhlükənin hədələməyəcəyinə zəmanət verir.
«Xalq qorxuya düşməməlidir. Bu, bizim öhdəliyimizdir. Onlar hal-hazırda bizim nəzarətimiz altında olan bölgələrdə xalqın adi yaşayışını müşahidə edə bilərlər.»- deyə, Süheyl Şahin CNN telekanalı ilə müsahibədə deyib.
O, qeyd edib ki, bu bölgələrdə məktəb və idarələr açıqdır və dükan sahibləri öz işlərilə məşğuldurlar.
Talbian-ın sözçüsü Əfqanıstanda qadınların hüquqları barədə isə belə söyləyib: Qadın və qızlar müəllimə və məktəbli kimi məktəbə gedəcəklər. Siz qarşıdakı bir neçə gündə onun şahidi olacaqsınız.