ABŞ xarici siyasətinin uğursuzluğunun nəticəsi
Avq 17, 2021 20:12 Asia/Baku
-
Vyaçeslav Volodin
Rusiya dövlət dumasının sədri deyib ki, Əfqanıstanın hazırkı durumu Amerikanın xarici siyasətinin uğursuzluğunun nəticəsidir və amerikalı hərbçilərin Əfqanıstandakı iyirmiillik iştirakı bir insan fəlakəti idi.
SəhərAzəri-nin məlumatına əsasən, Amerikalı hərbçilərin Əfqanıstandakı iyirmiillik iştirakını tənqid edən Vyaçeslav Volodin bildirib ki, bu müddətdə bu ölkədə 250 min nəfərdən çox insan NATO-nun və ya terrorçuların hücumlarında öldürülüb.