ABŞ məğlubiyyətini etiraf etdi
https://azeri.sahartv.ir/news/dünya-i380207-abŞ_məğlubiyyətini_etiraf_etdi
Türkiyəli professor ABŞ-ın Əfqanıstala bağlı strategiyasının tam iflasa uğradığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 18, 2021 07:58 Asia/Baku
  • ABŞ məğlubiyyətini etiraf etdi

Türkiyəli professor ABŞ-ın Əfqanıstala bağlı strategiyasının tam iflasa uğradığını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, professor Hüseyn Bağcı ABŞ Prezidenti Co Baydenin Əfqanıstanla bağlı açıqlamaları bu ölkənin siyasi və hərbi anlamında məğlubiyyətinin göstəricisidir.

Bağcının sözlərinə görə, buna ikinci Sayqon travması da deyilir. Lakin ABŞ nəticə etibarilə NATO və Qərbin lideridir. Əfqanıstanda məğlub oldu. Taliban isə beynəlxalq aləmə inteqrasiya olmaq istəyirsə, hüquq normalarına riayət etməlidir. Məsələn, BMT-nin 5 daimi üzvünü tanımalıdır.

Türkiyəli professor qeyd edib ki, Taliban Əfqanıstan tarixində yeni proses başladır, lakin ölkə daxilində də idarəetmə, maliyyə, siyasi olaraq strukturlaşma yaratmalıdır. Əli “Kalaşnikov” tutanlarla əli qələm tutanların eyni olmadığını bilmək vacibdir. Dövlət mexanizminə ehtiyac var.