Avq 19, 2021 13:23 Asia/Baku

Əfqanıstanın keçmiş prezidenti bir Facebook mesajında belə yazıb: Qaçmamışam və ölkədən çıxmağım, qan axıdılmasının qarşısını almağa görə olub.

SəhərAzəri-nin məlumatına əsasən, Əşrəf Qəni dünən gecə bir Facebook mesajında əmirliklərdə olmasına işarə ilə deyib: Beynəlxalq nümayəndələr mənə demişdilər ki, əgər getməsən, vəziyyət xarab olacaq və Əfqanıstan Suriya və Yəmən kimi olacaq.

O sonra deyib: Mən Əfqanıstanın izzətsizliyini istəmirdim. Əfqanıstandan çıxmağa məcbur oldum.

Əfqanıstandan qaçdığımı deyən kəslərə deyirəm ki, dəlil olmadan mühakimə yürütməsinlər. Hər kəs desə ki, prezidentiniz qaçıb, inanmayın. Mən çıxışım haqda öncədən heç bir beynəlxalq güclə danışmamışdım və hər şey birdən-birə baş verdi.-deyə, Qəni bildirib.

Qəni dolların Əfqanıstandan çıxarılması barədə isə belə söyləyib: Özümlə heç nəyi çıxarmamışam. Hətta başmaqlarımla çıxmışam və ayaqqabı geyməyə belə, vaxt tapmadım.

Qan axıdılmasının qarşısınn alınması üçün hələlik əmirliklərdəyəm və yenidən Əfqanıstana geri dönmək üçün məşvərət aparmaqdayam.-deyə, Qəni sonda bildirib.

Teqlər