Avq 20, 2021 13:27 Asia/Baku
  • Kabil hava limanı hadisələrində ölənlərin sayı

Taliban qrupu insanların Kabil hava limanına hücumu və amerikalı hərbçilərin atəş açmalarından irəli gələn tələfatın sayını elan edib.

SəhərAzəri-nin məlumatına əsasən, Əfqanıstanın Şəfəqna informasiya agentliyi Taliban və NATO başçılarına istinadla xəbər verib ki, amerikalı hərbçilərin atəş açmaları və insanların Kabil hava limanına hücumu nəticəsində indiyədək on iki nəfər ölüb.

Bir NATO rəsmisi bundan öncə demişdi ki, izdiham nəticəsində bir neçə nəfər yaralanıb.

Talibanın avqustun on beşində heç bir döyüş aparmadan Kabilə daxil olmasından sonra xarici diplomatların bu ölkədən çıxarılması üzrə səylərlə bir zamanda, Əfqanıstan xalqından bir qrup insan ölkədən çıxmaq üçün Kabil hava limanına hücum çəkdi.

Vətəndaşlardan bir qrupu da hər bir formada təyyarəyə minib, ölkədən çıxmağa səy göstərdiyi bir halda, təyyarə havaya qalxarkən çölə atılaraq, həyatını itirdi.

Xəbərdarlıqlara rəğmən, insanların hava limanının ətrafına toplaşmaları və istər Taliban, istərsə də amerikalılar tərəfindən onlara tərəf atəşin açılması davam etməkdədir.

Teqlər