Molla Bəradər Kabilə daxil olub
Talibana yaxın mənbələr, Taliban-ın siyasi müavini Molla Bəradərin Əfqanıstanda yeni hökumətin qurulması məsələsini müzakirə etmək üçün Kabilə gəldiyini bildirirlər.
SəhərAzəri-nin məlumatına əsasən, 6 gün əvvəl, Qətərin Doha şəhərində Talibanın siyasi müavini molla Abdul Qəni Bəradər Taliban döyüşçülərinin Kabildəki prezident sarayına girməsini izləyirdi. Molla Bəradər dünən gecə Kabilə daxil olub. Molla Bəradər "Taliban"ın qurucularından biridir. İllərlə Pakistanda həbsdə olub və nəhayət azadlığa buraxılıb. O, ABŞ ilə Talibanın sülh razılaşmasını imzalayıb.
ABŞ -ın Əfqanıstandan təhlükəsiz şəkildə çıxmasına və sonra sülh əvəzinə hökumətin dağılmasına və Əşrəf Qəninin qaçmasına səbəb olan bir razılaşma.
Molla Bəradərin tezliklə Taliban hökumətinin qurulduğunu elan edəcəyi bildirilir.
Taliban mütəmadi olaraq, hərtərəfli İslam hökumətinin qurulmasından danışır, lakin onun strukturu haqqında heç nə demir.
Son günlərdə Taliban nümayəndələri Kabildə Hamid Kərzai, Abdullah Əbdullah və Gülbəddin Hikmətyar kimi şəxslərlə də danışıqlar aparıblar. Amma Talibanın bu simalarla danışıqları heç bir nəticə verməyib.
Əlbəttə, Taliban hökuməti qurmaqda hələ də bir çox problaemlər, o cümlədən ölkəni tərk etmək istəyən minlərlə insan axını kimi problemlərlə üz-üzədir.
Bu arada Talibanın Kabilə gəlişindən təxminən bir həftə keçdiyi bir halda onlara qarşı üsyanlar da başlayıb.
Hazırda Əfqanıstanın 34 əyalətindən Pəncşir Vadisi Talibanın nəzarətində olmayan yeganə əyalətdir.