Avq 22, 2021 14:41 Asia/Baku
  • UNESCO Əfqanıstanın tarixi abidələrinin qorunmasını istəyib

BMT-nin elm, təhsil və mədəniyyət təşkilatı- YUNESKO(UNESCO) Əfqanıstanın tarixi abidələrinin qorunmasını istəyib.

SəhərAzəri-nin məlumatına əsasən, YUNESKO-nun sədri- xanım Odri Azulay Əfqanıstanın dəyərli mədəni irsinin qorunması üçün əlindən gələni edəcəyini bildirib.

Azulay həmçinin Taliban-dan Əfqanıstandakı muzeylər və onların içərisindəki əşyaların təhlükəsizliyinə zəmanət verməsini istəyib.

Əfqanıstan zəngin mədəniyyət perspektivinə malikdir. Bu istiqamətdə YUNESKO-nun ümumdünya irs siyahısında mövcud olan məkanlardan Bamiyan dərəsi və onun mövcud olan qalıqlarına, həmçinin qədim Hərat şəhərinə və Kabildəki milli muzeyə işarə etmək olar.

Ötən iyirmi ildə amerikalı hərbçilərin Əfqanıstana basqını, həmçinin müharibə və döyüşlərin davam etməsi nəticəsində bu ölkənin bir çox tarixi abidə və infrastrukturları məhv olub.

Teqlər