Avq 22, 2021 14:44 Asia/Baku
  • İnsanlar Əfqanıstanı tərk etmək istəyirlər

Kabil beynəlxalq hava limanının vəziyyəti iltihablı olmaqda davam edir.

SəhərAzəri-nin məlumatına əsasən, CNN telekanalı bir reportajda Kabil aeroportundakı durumu təhlükəli və acınacaqlı adlandırıb.

Kabil hava limanından Əfqanıstan xalqı ilə xarici vətəndaşların acizliyi ilə bağlı ürəkdağlayan təsvirlər yayılmaqda davam edir. Əl-ələ verən uşaqların, həmçinin öz anaları ilə gedə bilməyərək, yerdə qalan uşaqların təsvirləri hər şeydən kədərlidir.

Bəzi xarici müxbirlərin bildirdiklərinə görə, Kabil hava limanında problem budur ki, hətta əgər adın çıxış siyahısında olmuş olsa belə, çıxış qapısından keçmək və təyyarəyə çatmaq mümkünsüzdür.

Belə bir halda, Amerikanın Əfqanıstandakı səfirliyi dünən bu ölkə vətəndaşlarına Kabil hava limanına tərəf getməməyi tövsiyə edib.

Taliban qrupunun ötən bazar günü Kabilə daxil olduğu zamandan bəri Əfqanıstan xalqından minlərlə nəfər həyatının qorxusundan Kabil hava limanına hücum edibdir ki, bəlkə bu ölkəni tərk edə bilmiş olsun.

Bu arada amerikanlar və NATO təşkilatı Əfqanıstan xalqının acizliyinə məhəl qoymadan öz qüvvələri və təchizatlarını Kabildən çıxarmaqdadırlar.

Cümə günü izdihamı dağıtmaq üçün Kabil aeroportunun ətrafında atəşin atçılması barədə məlumatlar yayıldı.

Teqlər