İngiltərə 7-lər qrupunda Taliban-ı sanksiya etmək istəyir
İngiltərə hökuməti Əfqanıstanın nəzarətini ələ keçirməsindən sonra Taliban-a qarşı yeni sanksiyalar tətbiq etmək üçün 7-lər qrupu başçılarının razılığını əldə etmək ardıncadır.
SəhərAzəri-nin məlumatına əsasən, İngiltərənin baş naziri Boris Consonun Əfqanıstan böhranı barədə dialoq istiqamətində 7-lər qrupunun fövqəladə sammitini keçirmək üzrə xahişindən sonra hazırda Londonun Taliban-ı sanksiya etmək istədiyi deyilir.
Röyters informasiya agentliyi bildirib ki, İngiltərə hökuməti 7-lər qrupunun iclası gedişində üzv ölkələrin başçılarını Taliban-a qarşı yeni sanksiyalar nəzərdə tutmağa vadar etmək niyyətindədir.
İngiltərə hökumətinin bir rəsmisi və bir qərbli diplomat Röyters-ə deyiblər ki, Londonun qənaətinə görə, əgər Taliban Əfqanıstanda insan hüquqlarını pozar və bu ölkədən yarımhərbçilərin sığınacağı kimi istifadə edilməsinə icazə verərsə, 7-lər qrupu da onlara qarşı iqtisadi sanksiyalar nəzərdə tutmalıdır.
Adlarının gizli qalmasını istəyən həmin mənbələr qeyd ediblər ki, əlbəttə, 7-lər qrupunun sammitində Taliban-a qarşı sanksiyaların dərhal qəbul olunması imkanı mümkünsüz görünür.