Avq 24, 2021 14:25 Asia/Baku
  • Avropalı rəsmilərin ixtilafları kəskinləşib

Əfqanıstandan mühacirlərin qəbul edilməsi məsələsi bu günlər Avropa Birliyində qalmaqallı bir məsələyə çevrilib və avropalı rəsmilər arasında böyük fikir ayrılıqlarına səbəb olub.

SəhərAzəri-nin məlumatına əsasən, Avropa Komissiyası nəinki yerli işçiləri, həm də Əfqanıstandakı insan haqları fəalları ilə jurnalistləri də təhlükəsizliyə çatdırmaq niyyətindədir.

Belə bir halda, Avropa Birliyinin dövri sədri olan Sloveniya kəskin şəkildə bu addıma qarşı çıxır. Bu yolda Avstriya və Macarıstan ona dəstək verirlər.

Sloveniyanın baş naziri Yanej Yansa bildirib ki, Avropa Birliyi Əfqanıstandan mühacirət üçün heç bir humanitar Avropa dəhlizini açmayacaq.

«Biz 2015-ci il strateji səhvinin təkrarlanmasına icazə verməyəcəyik»- deyə, Yansa bildirib.

Bu istiqamətdə əksər Avropa ölkələri və Avropa Birliyinin orqanları Əfqanıstan hadisələrinə görə, Avropaya yeni mühacir axınının baş verməsinin qarşısını almaq istəyirlər.

Bazar günü Sloveniyanın mövqeyi ilə açıq müxalifət edən Avropa Parlamentinin sədri David Sassoli isə bu şəraitdə həmrəylik zərurətinə təkid edib.

2020-ci il razılaşması və Amerika ilə Taliban arasında sülh razılaşmasının imzalanmasından sonra amerikalı hərbçilrin və bu ölkənin müttəfiqlərinin Əfqanıstandan çıxışı başlandı.

Son Əfqanıstan hadisələrindən və Taliban qüvvələrinin bu ölkədəki irəliləyişlərindən sonra bu qrup avqustun on beşi axşamçağı heç bir silahlı döyüş aparmadan Kabilə girə və əfqan qüvvələri tərəfindən boşaldılmış dövlət idarələrinin nəzarətini ələ keçirə bildi.

Teqlər