Kaliforniya meşələrinin yüz min hektarından çoxu məhv olub
https://azeri.sahartv.ir/news/dünya-i380479-kaliforniya_meşələrinin_yüz_min_hektarından_çoxu_məhv_olub
Yanğın nəticəsində Amerikanın Kaliforniya ştatının meşə ərazisinin yüz min hektarından çoxu məhv olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 26, 2021 10:06 Asia/Baku
  • Kaliforniya meşələrinin yüz min hektarından çoxu məhv olub

Yanğın nəticəsində Amerikanın Kaliforniya ştatının meşə ərazisinin yüz min hektarından çoxu məhv olub.

SəhərAzəri-nin verdiyi məlumata görə, Kaliforniya meşələrində yanğının daha da alovlanmasına səbəb olan küləklərin qarşıdakı günlərdə azalacağı gözlənilir.

Bu əsasda Kaliforniyanın Kaldor bölgəsinin canına düçar olan alov indiyədək bu bölgənin meşə ərazilərindən 104 min hektardan çoxunu yandırıb.

Belə bir halda, rəsmilərin sözlərinə görə, yanğının təkcə beş faizi aradan qaldırılıb. Bu iri yanğının irəliləməsinin və onun daha da alovlanmasının səbəbi, saniyədə otuz-qırx metrlik sürətə malik olan küləklər olub.

Bütün dünyada, xüsusən Şimali Amerikada quraqlıq və qızmar istilərin artmasına səbə olan iqlim dəyişiklikləri bu yanğınlarda rol oynayıbdır.