Borrel Əmir Abdullahiyan ilə telefonla söhbət edib
Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi İranın xarici işlər naziri ilə mühüm regional və beynəlxalq məsələlər barədə telefonla söhbət edib.
SəhərAzəri-nin verdiyi məlumata görə, Cozef Borrel Hüseyn Əmir Abdullahiyan ilə telefonla söhbət zamanı İranın xarici işlər naziri təyin edilməsi münasibətilə onu təbrik edib. Borrel Avropa Birliyinin İranla əməkdaşlıqları genişləndirməyə hazır olduğunu bildirib.
Vyana danışıqları və nüvə anlaşmasının koordinatoru kimi Avropa Birliyinin roluna toxunan Cozef Borrel İranın yeni dövlətinin tez bir zamanda yerləşməsi və Tehranın nəzərdə tutduğu tarixin elan olunması ilə, növbəti Vyana iclasının başlanacağına ümid etdiyini bildirib.
Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi həmçinin Əfqanıstan hadisələrini region və dünyanın yeni problemi adlandırıb və əfqan mühacirlər də daxil olmaqla Əfqanıstan olayları barədə bütün ölkələrin ciddi həmkarlığına təkid edib.
Tehranın bütün ölkələrlə konstruktiv anlaşmasına və müvazinətli diplomatiya çərçivəsində dialoqa təkid edən İranın xarici işlər naziri də belə söyləyib: İran üçün, xalqın maraqları və hüquqlarının təmin edilməsi ilə yanaşı olacaq real və elmi nəticələr qəbulediləsidir.