Avq 30, 2021 17:39 Asia/Baku
  • Çirkli vaksinlər Yaponiyanın digər bir şəhərində də aşkar edilib

Yaponiya tərkibində çirkli maddə aşkarlandığı üçün 1,5 milyon dozadan çox Moderna peyvəndinin istifadəsini dayandırıb.

SəhərAzəri-nin verdiyi məlumata görə, Yaponiyada,  ABŞ-ın "Moderna" peyvəndlərinin tərkibində çirkli maddənin tapılması ilə bağlı xəbərlərin yayılması fonunda bu ölkənin Səhiyyə Nazirliyinin rəsmiləri problemli flakonların Tokionun yaxınlığına yerləşən Goma şəhərində də aşkar edildiyindən xəbər veriblər. Həmçinin Yaponiyanın cənubunda yerləşən Okinava bölgəsi də bir açıqlamada, şəhərin vaksinasiya mərkəzlərində Moderna peyvəndinin vurulmasının dayandırıldığını bildirib.

Dünən də Yaponiyanın Səhiyyə Nazirliyi "Moderna" peyvəndi vurulan 2 nəfərin ölüdüyünü bildirib. 

Həmçinin Yaponiyanın Okinava şəhərində də bildirilib ki, bu çirkli peyvəndlər perfekturanın peyvənd mərkəzlərinə paylandığı üçün növbəti açıqlamaya qədər bu şəhərdə vaksinasiya prosesi dayandırılır. 

Yaponiyanın islahat və nəzarət naziri deyib ki, içərisində xarici hissəciklər aşkar edilən bir milyon 600 doza Moderna peyvəndindən hazırda təxminən 50 min dozası istifadə edilib. 

ABŞ-ın Moderna vaksinləri Yaponiya üçün baş ağrısına çevrildiyi bir halda bu ölkədə gündəlik yoluxma sayı da misli görünməmiş bir şəkildə artmaqdadır. 

Yaponiyanın Səhiyyə Nazirliyindən verilən məlumata görə, dünən bu ölkədə 19 mindən çox insan koronavirusa yoluxub. 

Teqlər