Taliban qüvvələri Kabil hava limanında yerləşiblər
https://azeri.sahartv.ir/news/dünya-i380638-taliban_qüvvələri_kabil_hava_limanında_yerləşiblər
Taliban qüvvələri amerikalı qüvvələrin Əfqanıstandan tam şəkildə çıxmalarından sonra Kabil hava limanında yerləşiblər.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Avq 31, 2021 11:47 Asia/Baku
  • Amerikanın geri çəkilməsi
    Amerikanın geri çəkilməsi

Taliban qüvvələri amerikalı qüvvələrin Əfqanıstandan tam şəkildə çıxmalarından sonra Kabil hava limanında yerləşiblər.

SəhərAzəri-nin verdiyi məlumata görə, Amerikanın geri çəkilməsinin təkmilləşməsinə sevinən taliblər havaya atəş açıblar.

Taliban rəsmilərindən olan Ənəs Həqqani iyirmi il müharibədən sonra sonuncu amerikan qüvvələrin Əfqanıstandan çıxmalarının elan olunmasından sonra tvitterdə «Bir daha tarix yaradan olduq»- deyə, bildirib.

Taliban-ın sözçüsü Zəbiullah Mücahid də bütün amerikalı qüvvələrin Əfqanıstandan çıxdıqlarını elan edib.