Sen 02, 2021 12:50 Asia/Baku
  • ABŞ-ın nüfuzu və hegemonluğu dağıldı
    ABŞ-ın nüfuzu və hegemonluğu dağıldı

Əfqanıstan İslam Hərəkatı, Birləşmiş Ştatların Əfqanıstandakı biabırçı məğlubiyyəti və bu ölkədən rüsvayçı gedişini Amerikanın hegemonluğu və beynəlxalq nüfuzunun iflasa uğramasının əlaməti adlandırıb.

SəhərAzəri-nin verdiyi məlumata görə,  Amerikanın iyirmiillik uğursuz hərbi iştirakından sonra işğalçılar və təcavüzkarların bu ölkəni tərk etmələri xalq üçün ən böyük qələbədir. Sovet İttifaqının bundan qabaq bu acı təcrübədən dərs aldığı kimi, Vaşinqton da Əfqanıstan xalqından böyük bir dərs aldı- Əfqanıstan İslam Hərəkatının bəyanatında belə deyilir.

B-52, F-16 və F-35 qırıcıları, idarə olunan və lazer raketləri, müasir top və tanklar kimi modern texnologiyaya söykənən Amerika, terrorizmlə mübarizə bəhanəsi ilə Əfqanıstanı işğal etdi- deyə, bəyanatda vurğulanır.

Əfqanıstan İslam Hərəkatı qeyd edib ki, İyirmi il Əfqanıstanda iştirakdan, yüz minlərlə insanın öldürülməsindən və iki trilyon dollardan çox xərcin çəkilməsindən sonra, Amerika heç bir nailiyyət əldə etmədən məğlubiyyəti qəbul etdi və cari il avqustun 31-də sonuncu səngər kimi, Kabul hava limanı da daxil olmaqla Əfqanıstanı rüsvayçılıqla tərk etdi.

Əfqanıstan İslam Hərəkatı Əfqanıstanın işğaldan azad olduğu hazırkı şəraitdə bu ölkə xalqını, daha əcnəbinin iştirakı və müdaxiləsinə və ya fövqəlgüc, yaxud da digər bir gücün Əfqanıstanda iştirak və ya bu ölkəyə müdaxilə fikrinə düşməsinə icazə verməməyə çağırıb.

Amerikanın Əfqanıstandan biabırçı şəkildə çıxması sübut etdi ki, əcnəbiyə pərəstişin qaranlıq və məhv olmaqdan başqa heç bir nəticəsi yoxdur.

 

Teqlər