Sen 03, 2021 20:28 Asia/Baku
  • Yaponlar vaksinasiyaya tərəddüd edirlər

Amerikan Moderna peyvəndinin çirkli olmasının yaponlar üçün nigarançılıqları davam edir.

SəhərAzəri-nin verdiyi məlumata görə, Amerikan Moderna şirkətinə məxsus vaksinlərin fiallarının kənar zərrəciklərlə çirkli olmaları barədə xəbərlərin yayılmasından sonra Yaponiyada koronaya qarşı vaksinasiya layihəsi naməlum şəraitə düşübdür.

Yaponiya dövləti/ istifadəsini dayandırdığı koronaya qarşı vaksindən bir milyon 630 min dozanın yerinə, alternativ peyvəndlərdən istifadə niyyətində olsa da, bu ölkənin vətəndaşları vaksinasiya barədə tərəddüdə düçar olublar.

Ümumilikdə indiyədək Yaponiyanın beşdən çox əyalətində Moderna vaksini fiallarının bulaşıq olması təsdiq edilib.

Yaponiya səhiyyə nazirliyinin bildirdiyinə görə, bu ölkədə koronanın beşinci dalğası şiddətlə irəliləməkdədir və korona testləri pozitiv çıxan insanların sayı bir milyon beş yüz min nəfəri ötüb keçibdir.

Teqlər