Zelenskinin ofisində inanılmaz təklif
Ukraynanın adı “Rus-Ukrayna”ya dəyişdirilsin!
Rusiyada Ria-Novosti informasiya agentliyinin verdiyi bir yazıda deyilir ki, Donbas üzrə əlaqə qrupundakı Kiyev nümayəndə heyətinin mətbuat katibi və Ukrayna prezidenti ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç hesab edir ki, ölkə öz adını dəyişməlidir.
“Mən, bizim, müharibəni düzgün şəkildə, yəni “Rus-Rusiya müharibəsi” adlandırmağımız uğrunda mübarizə aparıram. “Məhz indi, “Rus-Rusiya müharibəsi” gedir. Buna görə, əslində olduğu kimi, ifadə etmək lazımdır. Rus- bizik... ruslar, rusinlər... Mən olsaydım, dövlətin adını dəyişər, iki hissəli ad qoyar və özümüzü Rus-Ukrayna adlandırardım. Biz bunun üzərində işləyirik. Bu, sonda məsələyə xitam verərdi”-deyə, Arestoviç jurnalist Roman Tsimbalyuka verdiyi müsahibədə bildirib.
Zelenskinin müşaviriinin sözlərinə görə, Ukrayna- Rus-un özüdür, Rusiya isə “güc-bəla ilə bu mirasa namizədliyini irəli sürə bilər.
Rus şərqi slavyanların yaşadıqları tarixi bölgə olub. Dövlət adı kimi Rus sözündən ilk dəfə 911-ci il rus-bizans müqaviləsində istifadə edilib. Bundan daha əvvəllər xalq adı olaraq rus etnonimi mövcud olub.
Moskva ilə Kiyev arasındakı münasibətlər Donbasdakı vəziyyət fonunda pisləşibdir. Ukrayna hakimiyyəti dəfələrlə Rusiyanı Ukrayna dövlətinin daxili işlərinə qarışmaqda ittiham edib.
2015 -ci ilin yanvar ayında Ukrayna parlamenti- Ali Rada, Rusiya Federasiyasının "təcavüzkar ölkə" adlandırıldığı bir bəyanat qəbul etdi.
Rusiya ittihamları rədd edir və onları qəbuledilməz adlandırır.
Moskva dəfələrlə Ukraynadaxili konfliktdə iştirak etmədiyini və Kiyevin siyasi və iqtisadi böhranı adlamasında maraqlı olduğunu bəyan edib.