Pakistan Əfqanıstanın Pəncşir əyalətinə PUA hücumu edib
Xəbər mənbələri Pakistanın, Əfqanıstanın Pəncşir əyalətinə qarşı PUA hücumundan xəbər verirlər.
SəhərAzəri-nin verdiyi məlumata görə, Pəncşirdəki müxalifət qüvvələrinə bağlı olan iki mənbə, Əfqanıstanın müxalifət cəbhəsinin sözçüsü Fəhim Dəştinin general Vədud ilə birlikdə Pakistanın PUA hücumu nəticəsində həlak olduğunu bildirb.
Bu mənbələrə görə, Pəncşir əyalətində gedən son döyüşdə, bu vilayətlə tanış olan və bölgənin xəritəsinə malik olan Pakistanın xüsusi təyinatlıları müxalifət qüvvələrinin səngərlərinə havadan hücum ediblər.
Pəncşir əməliyyatı elə bir halda aparılır ki, Pakistan kəşfiyyat idarəsinin (ISI) rəhbəri general Feyz Həmid Kabildədir.
Məlumatlara görə, ölümü Əhməd Şah Məsudun oğlu Əhməd Məsud və Əfqanıstanın keçmiş müdafiə naziri general Bismillah Məhəmmədinin tvitlərində təsdiqlənmiş Əfqanıstanın Pəncşirdəki müxalifət cəbhəsinin sözçüsü Fəhim Dəşti Pəncşirin komadirlərindən olan general Vədud ilə birlikdə təhlükəsiz bir məkanda Pakistanın PUA hücumuna məruz qalıb və nəticədə hər iki şəxs öldürülüb.