Sen 06, 2021 20:34 Asia/Baku
  • Əhməd Məsud, Talibana qarşı müqavimətin davam etdiyini vurğulayıb

Pəncşirdəki Taliban müxalifətinin lideri Əhməd Məsud ən son müraciətində Talibana qarşı müqavimətin davam etdiyini vurğulayıb.

SəhərAzəri-nin verdiyi məlumata görə, Əhməd Məsud sosial şəbəkələr vasitəsilə etdiyi son müraciətində deyib: "Pəncşirdəki  müqavimət Əfqanıstanda başıucalıq, sağlamlıq, müstəqillik, azadlıq və ədalət naminə başlayıb və hələ də davam edir.

Əhməd Məsud əlavə edib: "Pəncşir və Əndərabdakı müqavimət son ana qədər və Əfqanıstan azad olunana və xalq qələbə qazanana qədər davam edəcək, biz qardaşlarımızın yanındayıq və hər hansı silahlı üsyanı və ya xalq etirazlarını dəstəkləyirik".

Əhməd Məsud, həmçinin xalqı "Taliban"a qarşı üsyana çağırıb və Pəncşirin, üsyançıların yanında olacağını və səslərini ucaldacağını söyləyib. 

Taliban müxalifətinin lideri sözlərinin davamında deyib: "Beynəlxalq ictimaiyyətə müraciətim budur ki, yanlış bir fürsət yaradaraq, taliblərə siyasi etibar verdiniz və bu qrup da siyasi cəsarət tapdı, Taliban nəinki dəyişməyib, hətta keçmişə nisbətən daha ifratçı və təəssübkeş olub".

Əhməd Məsud, Talibanın sıralarında olan əfqan gəncləri tənqid edərək, vurğulayıb: "Əliniz xalqınızın qanına bulaşıb, amma səhvinizi düzəltmək üçün fürsət var, Talibanın sıralarından ayrılaraq, xalqın yanında dayanın və düşməni dəqiq tanıyaraq bundan artıq səhv etməyin".

Teqlər