Əfqanıstanda yeni reallaıq yaranır
Talibana və xarici müdaxiləyə qarşı aksiya keçirilib
Talibanın istilasına qarşı mübarizə aparan Pəncşir hərəkatının lideri Əhməd Məsudun çağırışına cavab olaraq əfqanlar ayağa qalxaraq, ölkənin müxtəlif şəhərlərində “yaşasın müqavimət” və “Talibana ölüm” şüarları veriblər.
SəhərAzəri-nin verdiyi məlumata görə, aksiya iştirakçıları Pakistanın da hərbi müdaxiləsini qınayaraq bu ölkənin əleyhinə şüar veriblər.
Aksiyaların paytaxt Kabil, Məzar-Şərif, Hərat və Qəzni də daha izdihamlı olduğu bildirilir.
Xatırladaq ki, Pəncşir vilayətində Talibana arşı mübarizə aparan qüvvələrin lideri Əhməd Məsud sentyabrın 6-da xalqı üsyana çağırıb.
O, Əfqanıstan vətəndaşlarını ölkədə və ya xaricdə, harada olmalarına baxmayaraq, ölkənin azadlığı naminə ümumi üsyana qalxmağa səsləyib.
Əhməd Məsud öz müraciətində bildirib ki, əgər Əfqanıstan xalqı üsyana qalxmasa, Əfqanıstan geridəqalmış, qaranlıq və hər hansı mədəniyyətdən uzaq düşmək təhlükəsi altında qalacaq və siyasi və iqtisadi təcridlə üzləşəcək.