Əfqanıstanda qadınların Talibana qarşı etiraz aksiyası davam edir
https://azeri.sahartv.ir/news/dünya-i380874-Əfqanıstanda_qadınların_talibana_qarşı_etiraz_aksiyası_davam_edir
Əfqan qadınlar Kabil və Bədəxşanda bir daha Taliban əleyhinə aksiya keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 08, 2021 08:46 Asia/Baku
  • Əfqanıstanda qadınların Talibana qarşı etiraz aksiyası davam edir

Əfqan qadınlar Kabil və Bədəxşanda bir daha Taliban əleyhinə aksiya keçiriblər.

SəhərAzəri-nin verdiyi məlumata görə, Əfqanıstanda qadınlardan bir qrupu bu gün Kabil şəhərinin qərbində Taliban qruplaşmasına qarşı etiraz aksiyası keçirərək, sosial azadlıqlar, məşğulluq və təhsil də daxil olmaqla hüquqlarını tələb ediblər.

Nümayişçilər qadınların kənarlaşdırılmasına qarşı  şüarlar səsləndirərək qadın və kişilərin bərabər hüquqlu olmasını tələb ediblər.

Əfqanıstanın şimal-şərqində yerləşən Bədəxşan vilayətində də qadınlar bu günkü etiraz aksiyalarında azadlıq və qadın hüquqlarının həyata keçirilməsi şüarları səsləndirblər.

Nümayişlər şiddətə çevrilib, bir nəfər ölüb, bir neçə nəfər də yaralanıb.

Nümayişçilər Əfqanıstan hökumətində qadınların olmasını tələb ediblər.

Son günlərdə əfqan qadınlar Kabil də daxil olmaqla bəzi şəhərlərdə Taliban əleyhinə üsyana qalxıblar.