ABŞ Əfqanıstanın hazırkı durumunda məsuliyyət daşıyır
Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Əfqanıstanın hazırkı qeyri-stabil durumunda məsuliyyət daşıdığını bildirib.
SəhərAzəri-nin verdiyi məlumata görə, Putin Hindistanın sədrliyi ilə virtual formada keçirilən BRİKS qrupu başçılarının sammitində sonra qeyd edib ki, Amerikanın və bu ölkənin müttəfiqlərinin qüvvələrinin Əfqanıstandan çıxmaları yeni böhranlı vəziyyətin yaranmasına gətirib çıxarıb və bunun hələ regional və beynəlxalq təhlükəsizliyə necə təsir göstərəcəyi bəlli deyildir.
Putin bildirib ki, BRİKS qrupu ölkələri Əfqanıstandan terrorizmin yayılması və narkotik maddələrin qaçaq edilməsi ilə maraqlanmırlar.
Putin çıxışının davamında bildirib ki, çoxqütblü beynəlxalq sistem genişlənməli və möhkəmlənməlidir.
«BRİKS qrupunun da/ bir hissəsi olduğu/ siyasi nüfuz və iqtisadi inkişaf üzrə müstəqil mərkəzlərdən ibarət çoxqütblü beynəlxalq sistem gücləndirilməlidir»-deyə, Putin vurğulayıb.
BRİKS qrupu Rusiya, Çin, Hindistan, Braziliya və Cənubi Afrika kimi beş yeni meydana gəlmiş iqtisadiyyata şamil olur.