«Şimal axını-2» layihəsi təkmilləşdi
https://azeri.sahartv.ir/news/dünya-i380950-Şimal_axını_2_layihəsi_təkmilləşdi
Rusiyanın Qazprom şirkəti Baltik dənizinin dibindən çəkilən Rusiyadan Almaniyaya «Şimal axını-2» qaz boru kəmərinin inşa əmliyyatının bitməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 10, 2021 15:28 Asia/Baku
  • Şimal
    Şimal

Rusiyanın Qazprom şirkəti Baltik dənizinin dibindən çəkilən Rusiyadan Almaniyaya «Şimal axını-2» qaz boru kəmərinin inşa əmliyyatının bitməsindən xəbər verib.

SəhərAzəri-nin verdiyi məlumata görə, Qazprom şirkətinin sədri Aleksey Miller bu gün bildirib ki, Moskva vaxtı ilə saat 8-45 dəqiqədə «Şimal axını-2» qaz boru kəmərinin inşası tam şəkildə başa çatıb.

Rusiya bildirib ki, bu boru xətti ilə Almaniyaya qazın köçürülməsinin başlanması zamanı alman tərəfindən asılıdır.

Kreml ötən həftə bildirdi ki, təkmilləşmə ərəfəsində olan «Şimal axını-2» layihəsi Avropa enerjisinin təhlükəsizliyinin təmin edilməsində olduqca mühüm rola malik olacaq.

Bu layihə Rusiyanın Qazprom şirkəti ilə beş avropalı şirkətin, o sıradan Fransanın NG, Avstriyanın UMV, Hollandiyanın «Royal Daç Şell» və Yuniper, eləcə də Almaniyanın Vinterşel şirkətlərinin birgə sərmayəsinin məhsuldur.