Sen 11, 2021 21:42 Asia/Baku
  • Şoyqu Dövlət Duması seçkilərinə getmək qərarını izah etdi

"Dövlət Dumasına seçkilərə getməyi planlaşdırmırdım, lakin Putindən imtina edə bilmədim".

SəhərAzəri-nin «Ria-Novosti» informasiya agentliyinin istinadən verdiyi məlumata görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Dövlət Dumasına seçkilərə getməyi planlaşdırmadığını, lakin prezident Vladimir Putinin müvafiq təklifinə rədd cavab verə bilmədiyini bildirib.

"Mən ümumiyyətlə belə hesab edirdim. Artıq neçə-neçə illərdir, daha doğrusu, 15 ildir ki, həm də partiya mərhələsi olan həyatımın bu mərhələsi, keçib gedibdir. Bax belə,/ mən hansısa bir seçkidə iştirak edəcəyimi güman etmirdim. Amma bilirsiniz ki, prezidentin bu barədəki təklifi, təkcə böyük şərəf deyil, həm də çox böyük məsuliyyətdir. Burada birinci istək, bu vəzifəni yerinə yetirməkdir. Amma həyəcan da var idi./ Sən oraya qayıdarkən, daha orada yeni adamlar, partiya kimi, "yeni adamlar" deyil, "partiyada yeni adamlar" olacaq", - deyə Şoyqu bildirib.

Şoyqu "Vahid Rusiya" partiyasının ilk beşliyində Rusiya Dövlət Dumasına payız seçkilərinə gedir. Bu beşliyə müdafiə nazirindən başqa, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da daxildir.

Rusiya parlamentinin aşağı palatasına seçkilər cari il sentyabrın 17-dən 19-dək olan müddətdə keçiriləcək.

Teqlər