Sen 14, 2021 15:44 Asia/Baku
  • etiraz
    etiraz

ABŞ prezidenti Co Baydenin Aydaho ştatının Boys şəhərinə daxil olması ərəfəsində etirazçılar Baydenin bu şəhərə daxil olmasına qarşı aksiya keçiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, Bəzi aksiyaçıların əllərində, üzərlərində Amerikanın Əfqanıstandan çıxmasının idarə olunması tərzi, koronavirusla bağlı protokollar, eləcə də Amerikanın sabiq prezidenti Donald Trampa dəstək şüarları yazılmış plakatlar olub.

Bir qrup etirazçının yanında da odlu silah olubdur.

Başqa bir qrup etirazçı isə Baydenin səfərinə etirazını bəyan etmək üçün hava limanının qarşısına toplaşıb.

ABŞ prezidenti Co Bayden amerikalı qüvvələrin Əfqanıstandan tələsik çıxmaları barədəki qərarına görə, bu günlər bu ölkənin daxili və xaricində ümumi fikrin kəskin təzyiqi və tənqidi altındadır.

 

Teqlər