Sen 15, 2021 15:52 Asia/Baku
  • Londonda ən böyük silah satışı sərgisinin keçirilməsinə etirazlar

Bu sərgi ciddi təhlükəsizlik tədbirləri altında və dünyanın 830 silahqayırma şirkətinin iştirakı ilə Londonda keçirilir.

SəhərAzəri-nin məlumatına əsasən, Londonun "EkCel" Sərgi Mərkəzi COVİD-19 virusunun yayılması səbəbindən bir il fasilədən sonra ən son silahları təklif etmək üçün elə bir halda yenidən açılıb ki, bir çox sülh fəalları və müharibə əleyhdarlarını, onun keçirilməsinə etiraz etmək üçün Londonun şərqinə çəkibdir. 

Britaniyada silah sərgisinin keçirilməsinə etiraz edən hüquq müdafiəçilərindən biri sərginin qarşısında deyib: "Müharibələr bu cür sərgilərdən başlanır. Əslində demək olar ki, müharibə müqavilələri bu məkanlarda bağlanılır və bu cür militarist fəaliyyətlər olduğu müddətcə dünya sülh və rahatlıq üzü görməyəcək".

Müharibə əleyhdarlarından biri də deyib: "Mən bu aksiyaya özümlə Fələstin bayrağını gətirmişəm, çünki İngiltərə İsrail rejiminə bomba və raket satır və bu rejim onlarla Fələstin xalqını qanına qəltan edir".

İngiltərədəki məlumatlara əsasən, bu ölkədə təxminən 200 min insan İngiltərənin silah sənayesində birbaşa və ya dolayısı ilə məşğuldurlar. Məşğulluq və xüsusən də bu sənayenin bol gəlirləri, hökumətin ona tam dəstək verməsinə səbəb olub.

Müşahidə qurumlarının məlumatına görə, dünyada bomba və silah ixracatının 63 faizi ABŞ və İngiltərənin payına düşür və bu silahların çoxu Qərbi Asiya ölkələrinə, xüsusən də Səudiyyə Ərəbistanına satılır.

Teqlər