Sen 15, 2021 18:51 Asia/Baku
  • Tramp ABŞ-ın qarşıdakı 3 il ərzində məhv olacağını proqnoz edib

ABŞ-ın sabiq prezidenti yaxın üç ilədək ABŞ-ın artıq mövcud olmayacağını proqnoz edib.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ-ın sabiq prezidenti Donald Tramp Ağ Evin keçmiş sözçüsü Şon Spayserə verdiyi müsahibə zamanı heç bir dəlil gətirmədən deyib: "Ölkəmiz son 8 ayda sözün əsl mənasında üzü aşağı yuvarlanıb və yaxın üç ilədək ABŞ-ın sonu gələcək".

Trampın dediyinə görə, 2022 və 2024-cü illərdə keçiriləcək ABŞ seçkilərində amerikalılar üçün heç bir ölkə qalmayacaq.

Keçmiş prezident, Newsmax-a verdiyi müsahibədə də ziddiyyətli iddialar irəli sürüb və bir daha 2020-ci ildəki prezident seçkilərinin saxtalaşdırıldığını iddia edib, hansı ki onda qalib gəlmişdi". 

Trampın 2020-ci il prezident seçkilərinin nəticələri ilə əlaqədar təhrikedici sözləri küçə etirazlarına və sonda ABŞ Konqresinə hücuma və bir neçə nəfərin ölümünə səbəb oldu.

Tramp dəfələrlə ABŞ-da keçirilən son prezident seçkilərinin əsl qalibi olduğunu və prezident Co Baydenin Ağ Evə saxtakarlıqla daxil olduğunu iddia edib.

Bu elə bir haldadır ki, ABŞ-ın keçmiş ədliyyə naziri, Trampın 2020-ci il prezident seçkilərində saxtakarlıqla bağlı iddialarının əvvəldən əsassız olduğunu söyləyib.

Tramp tərəfdarlarının ABŞ Konqresinin binasına hücumu, onun Konqresdə ikinci impiçmentinə yol açdı. 

Teqlər