Sen 17, 2021 10:41 Asia/Baku

Çinin xarici işlər naziri regionda əməkdaşlığın səmər verməsi üçün İran, Rusiya və Pakistanın rolunu yüksək qiymətləndirib.

SəhərAzəri TASS Xəbər Agentliyinə istinadən xəbər verir: Çinin xarici işlər naziri Van Yi Düşənbədə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və KTMT sammitləri çərçivəsində Rusiya Federasiyası, İran və Pakistan xarici işlər nazirləri ilə dördtərəfli görüşü zamanı bildirib ki, Çin xaosun qarşısının alınmasında, terrorun qarşısının alınmasında və Əfqanıstanda sülhün bərpasında konstruktiv rol oynamaq üçün Rusiya, İran və Pakistanla koordinasiyanı gücləndirməyə hazır olduğunu açıqlayıb.  

Onun sözlərinə görə, dörd ölkə ünsiyyət və koordinasiyanı gücləndirməli, yekdilliklə danışmalı, müsbət təsir göstərməli və Əfqanıstanda vəziyyətin sabitləşməsində konstruktiv rol oynamalıdır.

ÇXR xarici işlər naziri "Əfqanıstanın regional əməkdaşlıq axınına inteqrasiyasına kömək etmək lazım olduğunu" da qeyd edib. "Uzun müddətdə Əfqanıstanın potensialını tədricən inkişaf etdirməsinə kömək edə bilərik, yoxsulluğun öhdəsindən gəlmək, iqtisadi inkişafa nail olmaq üçün regional iqtisadi əməkdaşlığa inteqrasiya edə bilərik", - deyə o əlavə edib. 

Bu arada İran İslam Respublikası, Çin və Rusiya xarici işlər nazirləri Tacikistanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının toplantısı çərçivəsində Əfqanıstanla bağlı birgə bəyanat veriblər.

Bəyanatda Əfqanıstanda bütün qüvvələri əhatə edən hökumətin təşkilinin vacib addım olduğu bildirilib.

Əfqanıstanın ərazilərindən digər ölkələrə qarşı təhdidin olmaması, terrora və narkotik maddələrin dövriyyəsinə qarşı mübarizənin vacibliyi bu bəyanatda vurğulanan əsas məqamlar olub.

Teqlər