Sen 17, 2021 13:56 Asia/Baku

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Talıban hərəkatını həvəsləndirmək və təşviq etmək lazımdır.

SəhərAzəri-nin məlumatına əsasən, Putin Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında çıxışı zamanı deyib.“Vədlərinə əməl etsin deyə Taliban hərəkatını həvəsləndirmək lazımdır.”

Sammitə videokonfrans yolu ilə qatılan Rusiya prezidenti sonra Əfqanıstanda hakimiyyət dəyişikliyinin demək olar ki, qan tökülmədən baş verdiyini etiraf edərək bunun müsbət hal olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Taliban indi Əfqanıstanın demək olar ki, bütün ərazisinə nəzarət edir və indi yeni Əfqanıstan hakimiyyəti sülhün, ictimai həyatın normallaşdırılması və hamı üçün təhlükəsizlik vədlərini yerinə yetirməyə təşviq edilməlidir.

Putin, eyni zamanda "Şanxay Əməkdaşlıq Təşkilatı" və Əfqanıstan arasında ortaq işçi qrupunun yaranmasını təklif edib.

Rusiya Prezidenti, terror təhlükələri ilə, narkotik maddələrin istehsalı və radikal məzhəbçiliklə mübarizə aparmaq üçün mümkün addımları atmaq məsələsində, habelə əfqanlar arasında hərtərəfli sülh prosesinin başlanmasına dəstək üçün ilk növbədə "Şanxay Əməkdaşlıq Təşkilatı"nın imkanlarından faydalanmağın lazım olduğunu vurğulayıb.

Teqlər