Sen 17, 2021 17:45 Asia/Baku
  • ŞƏT sammitində Düşənbə Bəyannaməsi imzalandı

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) dövlət başçıları Düşənbə bəyannaməsi imzalayıblar.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə RİA “Novosti” xəbər verib.  

Birliyin yaranmasının 20-ci ildönümündə qəbul edilən sənəddə ŞƏT liderləri Əfqanıstandakı vəziyyətin erkən nizamlanmasının lehinə çıxış edərək, ölkənin neytral, vahid və demokratik olmasının lazım olduğunu ifadə ediblər. Bundan əlavə, ŞƏT Əfqanıstanda bütün etnik, dini və siyasi qrupların iştirakı ilə koalisiya hökumətinin qurulmasının tərəfdarı olduqlarını açıqlayıblar.  

Sammitdə İranın təşkilatına üzv olmaq prosedurunun başlamasını nəzərdə tutan sənəd də qəbul edilib.   Video bağlantı vasitəsi ilə zirvəyə qatılan Rusiya Prezidenti Vladimir Putin İran İslam Respublikasının ŞƏT-ə üzvlüyünün təşkilatın nüfuzunu artıracağını söyləyib.  

Xatırladaq ki, hazırda ŞƏT-ə üzv ölkələr Çin, Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Pakistan, Hindistandır. Əfqanıstan, Belarus və Monqolustan müşahidəçi dövlətlər, Ermənistan, Azərbaycan, Kamboca, Nepal, Türkiyə və Şri Lanka tərəfdaşdır. 

Teqlər